Kadr siyəsəti

Müasir və dinamik inkişaf edən şirkət olaraq, “İKMA Servises” MMC dövrün tələblərinə uyğun keyfiyyətli kadrların seçilməsini və onların səmərəli yerləşdirilməsini, hər bir işçinin yüksək peşəkarlıq səviyyəsinin, hərtərəfli şəxsi inkişafının artırılması üçün şəraitin yaradılmasını təmin edir.

Kadr ehtiyatlarının planlaşdırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, fəaliyyətlərinin qiymətləndirilməsi, sosial təminatlarının yaxşılaşdırılması, mükafatlandırma və həvəsləndirilmələri, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi Şirkətimizin kadr siyasətinin əsas istiqamətləridir. “İKMA Servises” MMC hər zaman işçilərimizin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək olur və onların bu təşəbbüskarlığını alqışlayır. “İKMA Servises” MMC – nin bugünkü və gələcək uğurları peşəkar işçi heyətinin birgə səyləri ilə əlaqəlidir.

İKMA Servises” MMC – ni seçməklə Siz peşəkar komandada işləmək və yüksək təcrübə qazanmaq imkanına malik olacaqsınız.

İKMA-da iş həyatı

“İKMA Servises” MMC hər zaman öz işçilərinin əməyinin daha da effektiv təşkil olunması üçün onların sosial təminatları, motivasiyası istiqamətində tədbirlər həyata keçirir. Şirkət əməkdaşların bilik və bacarıqlarının inkişafı üçün təkcə şirkət daxilində deyil, həm də ölkə daxilində və ölkə xaricində olan təlim və seminarlara, tədbirlərə cəlb edir, mütəmadi olaraq, distribyutorluq etdiyimiz KONE şirkətinin istehsalat mərkəzlərinə səfərlərin həyata keçirilməsini təmin edir.

Vakansiyalar

HR Manager

2005-ci ildə əsası qoyulan IKMA şirkəti Azərbaycan və Gürcüstan bazarında ən böyük və uğurlu lift şirkətlərindən biridir. İKMA Finlandiya markası olan və sahəsi üzrə dünya