Təmir və yeniləmə

Lift avadanlıqlarının yenisi ilə əvəz edilməsi və modernləşdirilməsi:

“İKMA Servises” köhnə avadanlıqların sökülüb yenisi ilə əvəz edilməsi xidmətini də təklif edir. Uzun illər istismarda olan liftlərin gələcək xidmət müddəti ərzində təhlükəsiz, etibarlı və minimum enerji sərfiyyatı ilə işləyə bilməsi üçün modernləşdirilməyə ehtiyacı var. Şirkətimizin modernləşdirmə xidməti vasitəsilə liftlərin təhlükəsizliyi və rahatlığı təmin edilir, eləcə də liftlərin estetik görünüşü yaxşılaşdırılır.

Modernləşdirmə binada şaquli nəqliyyat istifadəçiləri üçün normal iş prosesinin pozulmaması, avadanlıqdan istifadənin rahatlığı, bina sahibləri üçün isə enerjiyə və istismar xərclərinə xeyli qənaət deməkdir.