Ehtiyat hissələri

“Binanın ürəyi” sayılan liftin dayanması tərəfimizdən fövqəladə vəziyyət kimi qiymətləndirilir. Bu vəziyyəti təcili olaraq aradan qaldırmaq, lifti bina sahibi və sakinlərin istifadəsi üçün bərpa etməkdə öz üzərimizdə həm müqavilə öhdəlikləri, həm də mənəvi və peşəkarlıq baxımından məsuliyyət hiss edirik.

Bu problemin həlli üçün yüzlərlə çeşiddən ibarət anbar ehtiyatımız mövcuddur. Anbarda olmayan ehtiyat hissəsini isə müxtəlif daşınma üsulları ilə ölkə xaricindən ən qısa zamanda təchiz etmək imkanlaımız və tərəfdaşlarımız var.