Texniki Xidmət

Şirkətin təklif etdiyi avadanlıqlar gündəlik istifadə vasitələri olduğu üçün avadanlıqlarda baş verən hər hansı bir nasazlıq zamanı onların təcili və düzgün təmiri çox vacibdir. Vaxtında göstərilmiş texniki xidmət avadanlığı fəaliyyət dövründə artıq xərclərdən azad edir və fəaliyyət müddətinin uzanmasına imkan yaradır.

Quraşdırılmış bu tip avadanlıqlara səriştəli Texniki Xidmətin göstərilməsi beynəlxalq normalar və ölkəmizdə qüvvədə olan qanun və normativlər tərəfindən tələb olunur.

“İKMA Servises” şirkətində “KONE” Standartlarına uyğun təşkil edilmiş Texniki Xidmət göstərilir. Texniki xidmət mütəxəssislərinin əsas vəzifəsi binada mövcud olan liftlərin, eskalatorların və avtomatik qapıların etibarlı və davamlı işini təmin etməkdir.

Texniki Xidmətimizin (TX) üstünlükləri və bizi bazarda lift və eskalatorlara analoji texniki xidmət göstərən şirkətlərdən fərqləndirən amillər aşağıdakılardır:

  • Peşəkarlıq: lazımi təlimlərdən keçmiş əməkdaşlarımızın təcrübəsi, şirkətin ixtisaslaşmasını və təcrübəsini təsdiq edən sertifikatların mövcudluğu
  • “KONE Maintenance” texniki xidmət metodlarından və təcrübəsindən istifadə
  • “KONE” şirkətinin Yaxın Şərq bölgə ofisinin beynəlxalq təcrübəli mütəxəssislərinin ehtiyac yarandıqda onlayn şəkildə və ya fiziki iştirak etməklə fəaliyyətimizə tam dəstək verməsi
  • Mütəmadi olaraq təlimlərdə müştəri məmnuniyyətinin ən vacib prioritet olduğunun bütün işçilərə aşılanması və müştəri məmnuniyyətinin daimi monitorinqinin aparıması
  • 24/7 rejimində fəaliyyət göstərən qaynar xətt
  • Müştərinin aidiyyəti işçilərinə evakuasiya üzrə mütəmadi təlimlərin keçirilməsi
  • Müştərinin yeniliklər, texniki xidmətə dair normativlərdə edilmiş dəyişikliklər barədə operativ məlumatlandırılması və xüsusi hallar barədə maarifləndirilməsi
  • Lift və eskalatorların Texniki pasportlarının hazırlanması və rəsmi qeydiyyatı zamanı müştəriyə hərtərəfli dəstəyin göstərilməsi
  • Orijinal ehtiyat hissələrinin sifarişi və dəyişdirilməsi (bəzi TX paketlərində bu xidmət təmənnasız həyata keçirilir)
  • Sərfiyyat mallarının təmənnasız təmin edilməsi
  • Müştərinin ehtiyaclarına, miqyasına, işlədiyi sənaye sahəsinə uyğun olaraq bir neçə variantda TX paketlərinin mövcudluğu
  • Aylıq texniki xidmətin müştəriyə uyğun vaxtda göstərilməsi üçün hər ay birgə planlamanın aparılması
  • Özəl tədbirlər zamanı mütəxəssislərimizin növbəyə qalıb avadanlıqlara real nəzarət və problem yarandığı halda dərhal müdaxilə etmək imkanı
  • Azərbaycan Respublikasında qüvvədə olan, Əməyin Texniki Təhlükəsizliyini (ƏTT) tənzimləyən qanun və normativlətə, eləcə də şirkətimizin ƏTT üzrə daxili prosedurlarına ciddi əməl edilməsi və bu prosesə güclü nəzarətin olması
  • Səliqəli uniformalı mütəxəssislərimizin təmizliyi qorumaqla işləri icra etmələri;
  • İldə bir dəfə daha üst səviyyədə, TX şöbəsinin rəhbəri tərəfindən avadanlığın texniki auditinin aparılması