Təhlükəsizlik

Təhlükəsizlik işimizdə rəhbər tutduğumuz ən önəmli prinsipdir. Hər gün hansı sahədə işləməyindən asılı olmayaraq işçilərimizin xidmət etdiyimiz avadanlıqlardan istifadə edən insanların öz evlərinə sağ-salamat qayıtmaqları, quraşdırdığımız və ya xidmət göstərdiyimiz avadanlığın saz olması və təhlükə mənbəyi yaratmaması üçün bütün lazımi tədbirlər görürlər.

“İKMA Servises” MMC Azərbaycanda lift quraşdırma sektorunda Təhlükəsizlik Standartlarını bəyan edən və Əməyin Texniki Təhlükəsizliyinə dair daxili prosedurlar tədbiq edən ilk şirkətlərdəndir. Gündəlik nəzarət nəticəsində daim təkmilləşən bu prosedurlar üzrə hər bir işçiyə daxili və ehtiyac olduqda isə akkreditasiya olunmuş şirkətlər tərəfindən təlimlər keçirilir. Şirkətin bütün fövqəladə hallar (bədbəxt hadisə, pandemiya və s.) üçün yazılmış prosedurları var.

“KONE” şirkəti təhlükəsizlik məsələlərinə çox böyük diqqət ayırır. Bugünkü dövrdə “KONE” istehsalı olan avadanlıqlar dünyanın ən təhlükəsiz avadanlıqlarından biridir. Təhlükəsizliyə xüsusi ayrılan diqqət “KONE” Şirkətinin Sağlamlıq və Təhlükəsizlik Siyasətində öz əksini tapmışdır. Bu siyasətin əsas prinsiplərindən biri “Sıfır Hadisə” standartıdır.

Biz “İKMA Services” MMC olaraq “KONE” siyasəti ilə yanaşı özümüzün də Sağlamlıq və Təhlükəsizlik üzrə siyasətimizi yaratmışıq və uzun illərdir ki, ona uyğun şəkildə fəaliyyətimizi davam etdiririk.

Şirkətimizin daxilində və səmərəli fəaliyyət göstərən, geniştərkibli Təhlükəsizlik, keyfiyyət təminatı və keyfiyyətə nəzarət üzrə struktur bölməsi mövcuddur. Bu fəaliyyət İnsan Resursları şöbəsindən başlayır. Belə ki, müsahibə zamanı fəaliyyət prinsiplərimizə uyğun kadrların seçimini hədəfləyirik. Növbəti mərhələlər isə Azərbaycan Respublikasının qanunlarına və digər beynəlxalq normativlərə əsasən fəaliyyət göstərən Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit şöbəsi tərəfindən həyata keçirilir. Bura aşağıdakı tədbirlər daxildir:

  • Xüsusi ayrılmış məkanda təsdiqlənmiş metodika və detallı audio-vizual materiallar əsasında Giriş təlimatı
  • İş sahəsi ilə tanışlıq, işi pilləli qavrama prosesi və iş yerində ilkin təlimatlar
  • Təhlükəsizlik, düzgün iş ardıcıllığı və keyfiyyət standartlarına uyğun sənəd dövriyyəsinin düzgün təşkili üzrə daxili təlimlər
  • Əlavə olaraq işçilər beynəlxalq təcrübədən bəhrələnərək səriştələrini artırmaq üçün “KONE” şirkətinin “KDİ Trainengage” onlayn təlim portalında həm fərdi, həm də qrup şəkilində təhlükəsizlik və quraşdırma sahəsinə dair biliklər əldə edirlər. Təlimlərin sonunda hər bir işçi imtahandan keçirilir və kursu uğurla mənimsədiyini halda sertifikat əldə edir;
  • Hər bir işçi təlimlər zamanı mütləq şəkildə mütəxəssislər tərəfindən tərtib olunmuş Risklərin Qiymətləndirmə Cədvəli il tanış edilir. Bu işçiləri iş prosesində qarşılaşa biləcəkləri mümkün təhlükələr barədə əvvəlcədən xəbərdar edir və özlərini qoruma üsullarını barədə maarifləndirir;
  • Təbii ki, bütün təhlükələr yalnız insan fəaliyyəti ilə əlaqədar deyil. Biz bunu başa düşərəq xüsusi Rəng Kodu (Color Code) adlandırılan yoxlama sistemini tətbiq edir, bütün alət, avadanlıq və özünü mühafizə vasitələrini hər üç aydan bir əsaslı yoxlanışdan keçiririk. Bu onların etibarlılığını artırır, bununla da işçilərimizin və avadanlıqlarımızın təhlükəsizliyini təmin edir.

“İKMA Services” MMC-nin təhlükəsizliyə dair tələbləri yalnız öz işçilərinin deyil, eləcə də quraşdırılan avadanlıqdan gələcəkdə istifadə edəcək hər kəsin sağlamlıq və təhlükəsizliyini qoruyur. Bu tələblərin yüksək səviyyədə təmin edilməsi üçün şirkətimizdə xüsusi “KONE QD Plus” adlı keyfiyyət təminatı və nəzarəti sistemi tətbiq edilir. Həmin sistem sənəd üzərində avadanlığın normativlərə uyğun, düzgün ardıcıllıqla quraşdırılması tənzimləyir. Əlavə olaraq “KONE QD Plus” sisteminin unikallığı ondan ibarətdir ki, quraşdırma prosesində yaranmış hər hansı xoşagəlməz hadisə tez və itkisiz aradan qaldırılır.

Müştərilərin bizə və avadanlıqlarımıza etibarını artırmaq məqsədi ilə avadanlığın növündən və quraşdırılma üsulundan asıllı olmayaraq Texniki Servis şöbəmiz hər ay əsaslı yoxlanışlar təşkil edir. Həmin yoxlanışlar zamanı potensial problemlər aşkarlanır, istismarı başa çatmış hissələr əvvəlcədən müəyyən olunur və əvəz edilir. Bu cür yanaşma həm avadanlığın keyfiyyətini artırır, həm də sərnişinlərin təhlükəsizliyinə təminat edir.

“Yalnız razı qalan müştəri geri dönür” devizi həm “KONE”, həm də “İKMA Services” MMC-nin keyfiyyət siyasətinin əsas prinsiplərindəndir.